Bank Of Baku

Ağasəlim Mircavadov: “Ötən mövsüm Xəzər-Lənkəran”da çıxış etmiş yerli futbolçulardan heç kim komandanı tərk etməyəcək”

Ağasəlim Mircavadov: “Ötən mövsüm Xəzər-Lənkəran”da çıxış etmiş yerli futbolçulardan heç kim komandanı tərk etməyəcək”
# 12 iyun 2007 10:47 (UTC +04:00)
“Ötən mövsüm Xəzər-Lənkəran”da çıxış etmiş yerli futbolçulardan heç kim komandanı tərk etməyəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə görüşdən sonra bir çox məsələyə aydınlıq gəldiyini bildirib: “Klubumuzun vitse-prezidenti Mais Mənsimovu gözləyirdik. Mais müəllim Türkiyədən qayıdandan sonra rəhbərliklə görüşümüz müsbət nəticələndi, ötən mövsüm komandamızda oynayan yerli futbolçuların hamısının qalması haqda razılıq əldə olundu. Əslində, onların əksəriyyətinin klubla müqaviləsinin müddəti hələ başa çatmayıb. Sadəcə, müqavilələrin bəzi şərtlərinə yenidən baxılması lazım idi. Belə ki, yerli futbolçularla müqavilələrin “1+1” şərti ilə imzalanması anlaşmalara yenidən baxılmasını zəruri edirdi. Artıq “Xəzər-Lənkəran”ı yerli futbolçuların tərk etməsi ilə bağlı problem yoxdur. Hazırda əcnəbi futbolçularımızın taleyinə aydınlıq gətirilməsi ilə məşğuluq. Heyətimizə cəlb edəcəyimiz yeni legionerlərlə bağlı da iş gedir”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” legionerlərindən 1974-cü il təvəllüdlülər - belaruslu müdafiəçi Sergey Pavlyukoviçlə rumıniyalı yarımmüdafiəçi Robert İlyeşlə yollarını ayırıb. “Xəzər-Lənkəran” tərk etmək fikrində olan 27 yaşlı gürcüstanlı müdafiəçi Valeri Abramidzenin klubla müqavilə ilə bağlılığı qaldığından isə onun gələcək taleyi götür-qoy edilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR