Bank Of Baku

“İnter” 40 yaşlı qapıçı Elxan Həsənovla müqavilə imzalayıb

“İnter” 40 yaşlı qapıçı Elxan Həsənovla müqavilə imzalayıb
# 12 iyun 2007 11:03 (UTC +04:00)
Mövsüm başa çatandan sonra iki qapıçısı Fərhad Vəliyev və Elşən Poladovla yollarını ayıran “İnter” yeni qapıçı transfer edib. “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin “APA-Sport” agentliyinə açıqlamasında Elxan Həsənovun keçidini həll edərək, onunla il yarım müddətə müqavilə imzaladıqlarını bildirib. V.Xodukin E. Həsənovun 40 yaşının olmasında da problem görmədiyini vurğulayıb: “Mən Elxan Həsənova yaşlı yox, təcrübəli qapıçı deyirəm. Onun çıxışlarını izləməklə səviyyəsinə bələd olmuşam. Hesab edirəm ki, Elxan ən pis halda, ikinci qapıçı kimi bizə kömək edəcək”
Qeyd edək ki, E.Həsənovun transferinədək V.Xodukinin sərəncamında bir qapıçı - 20 yaşlı Vladimir Kramarenko olub.
Xatırladaq ki, Azərbaycan futbol yığmasının sabiq qapıçısı E. Həsənov son üç ili Yevlaxın “Karvan” klubunda keçirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR