Bank Of Baku

Azərbaycan yığmasına İngiltərə və İsveçdən futbolçu cəlb olunacaq

Azərbaycan yığmasına İngiltərə və İsveçdən futbolçu cəlb olunacaq
# 12 iyun 2007 13:55 (UTC +04:00)
Azərbaycan milli komandasına İngiltərə və İsveçdən futbolçu cəlb olunacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın seleksiyaçı-məşqçisi Nazim Süleymanovun sözlərinə görə, hazırda həmin oyunçular barədə lazımi informasiyalar toplanılır: “İngiltərə universitetlərinin birində azərbaycanlı futbolçu çıxış edir. Onun 19 yaşı var. İsveçdəki həmyerlimiz isə futzal klubunun formasını geyinir. Bu futbolçuların koordinatları götürülüb. Yaxın günlərdə onlarla əlaqə saxlayacağıq”. N. Süleymanov bildirib ki, İngiltərə və İsveçdəki futbolçuların birbaşa əsas milli komandanın heyətinə daxil ediləcəyi inandırıcı deyil: “Yəqin ki, onlar öncə aşağı yaş qruplarından ibarət yığmaya çağırılacaqlar. Bu komandalarda özlərini göstərə bilsələr, əsas milli komandaya dəvət alacaqlar”. Seleksiyaçı-məşqçi Rusiya çempionatının güclülər dəstəsi klublarında oynayan azərbaycanlı futbolçularla da maraqlandıqlarını vurğulayıb: “Moskva MOİK-ində 2 soydaşımız var. Həmçinin, “Lokomotiv”də oynayan azərbaycanlı futbolçu barədə də məlumatlar toplamağa başlamışıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR