Bank Of Baku

Hakim-inspektor Ramiz Abdullayev AFFA-ya üzv olan futbol qurumlarında fəaliyyətdən iki ilədək məhrum edilib

Hakim-inspektor Ramiz Abdullayev AFFA-ya üzv olan futbol qurumlarında fəaliyyətdən iki ilədək məhrum edilib
# 12 iyun 2007 14:11 (UTC +04:00)
AFFA-nın hakim inspektoru Ramiz Abdullayev cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA Nizam-İntizam Komitəsi (NİK) R.Abdullayevi iki ilədək AFFA-nın üzvü olan futbol qurumlarında fəaliyyət göstərməkdən məhrum edib. Buna səbəb R.Abdullayevin AFFA Hakimlər Komitəsinin (HK) sədri Əli Hüseynovun sərəf və ləyaqətini alçaltması olub. R.Abdullayev 2007-ci il mayın 29-da saat 13.00 radələrində AFFA HK-nın xidməti otağına daxil olaraq işçilərdən hakim-inspektorun raportunu almaq istəyərkən, HK sədri Əli Hüseynov ona işinin çox olduğunu, sonra gəlməsini xahiş edib. NİK-in qərarında bundan narazı qalan R.Abdullayevin yüksək tonla Ə. Hüseynova irad tutaraq, əməkdaşların və otaqda olan hakimlərin gözü qarşısında nalayiq, təhqiredici sözlərlə onun şərəf və ləyaqətini alçaltdığı qeyd olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR