Bank Of Baku

İsgəndər Cavadov “APA-Sport”a verdiyi açıqlamaya görə AFFA-nın üzvü olan futbol qurumlarında fəaliyyətdən iki illik məhrum edilib

İsgəndər Cavadov “APA-Sport”a verdiyi açıqlamaya görə AFFA-nın üzvü olan futbol qurumlarında fəaliyyətdən iki illik məhrum edilib
# 12 iyun 2007 14:19 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu barədə qərar AFFA Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilmiş iclasında qəbul olunub. Qərara əsasən, 8 iyun 2007-ci il tarixində “Day.az” saytında İ.Cavadov AFFA-nın prezidenti Ramiz Mirzəyev və milli komandamızın baş məşqçisi Şahin Diniyevin şərəf və ləyaqəti alçaltdığına görə diskvalifikasiya edilib.
Qeyd edək ki, “Day.az” saytının “APA-Sport” agentliyinə istinadən verdiyi həmin yazıda veteran futbolçu millimizin zəif çıxışından danışarkən, “Ümumiyyətlə, Diniyevlə Mirzəyevi süpürüb çölə atmaq lazımdır” ifadələrini işlətmişdi.
Barəsində çıxarılan qərara münasibət bildirən İ.Cavadov “APA-Sport” agentliyinə açıqlamasında bunu qeyri-qanuni adlandırıb. Bununla belə, o, apellyasiya verməyəcəyini deyib: “Onlar mənim AFFA İcraiyyə Komitəsində fəaliyyətimi donduranda da heç yerə şikayət etməmişdim. İndi də heç bir apellyasiya verməyəcəyəm. Amma məni iki il müddətinə futbolun idarəçiliyində təmsil olunmağımın qarşısını ala bilməyəcəklər. Əksinə, vaxt gələcək, özləri tutduqları qeyri-qanuni əməllərə görə Azərbaycan futbolu qarşısında cavab verəcəklər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR