Bank Of Baku

AFFA bir neçə klubu cəzalandırıb

AFFA bir neçə klubu cəzalandırıb
# 12 iyun 2007 14:27 (UTC +04:00)
AFFA Nizam-İntizam Komitəsi (NİK) Bərdənin ABN və Bakının “Bakılı” klubunu cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan çempionatının birinci dəstəsinin final yarışlarının son turunda ABN “Masallı”, “Bakılı” isə “Anşad-Petrol” klubu ilə səfər oyununa gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb. ABN və “Bakılı” hərəyə 200 manat cərimə də ödəməli olacaq. NİK birinci dəstədə çıxış edən “Standard” klubunu “Göyəzən”lə səfər oyununda dörd futbolçusu sarı vərəqə aldığına görə 100 manat cərimələyib. “Standard”la görüşdə sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan qovulan “Göyəzən” klubunun müdafiəçisi Ülfət Mədətov bir oyunluq cəzalandırılıb. “Göyəzən” Ü.Mədətova görə 20 manat məbləğində cərimə olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR