Bank Of Baku

AFFA Nizam-İntizam Komitəsinin İsgəndər Cavadov barəsində qərarı “Neftçi” Veteranları Futbol Klubunun etirazına səbəb olub

AFFA Nizam-İntizam Komitəsinin İsgəndər Cavadov barəsində qərarı “Neftçi” Veteranları Futbol Klubunun etirazına səbəb olub
# 12 iyun 2007 15:23 (UTC +04:00)
Veteran futbolçu İsgəndər Cavadov barəsində AFFA Nizam-İntizam Komitəsinin (NİK) çıxardığı qərar “Neftçi” Veteranları Futbol Klubunun (VFK) etirazına səbəb olub. “Neftçi” VFK-nın prezidenti Oqtay Abdullayev “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, həm də “Neftçi” VFK-nın vitse-prezidenti olan İ. Cavadov milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışlarını və AFFA rəhbərliyinin fəaliyyətini analiz edərkən heç bir təhqirə yol verməyib: “Cavadov ölkə prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunan üç veteranımızdan biridir. Lakin AFFA rəhbərliyi ona qarşı düzgün mövqe tutmur. AFFA İcraiyyə Komitəsindəki fəaliyyətini dondurduqdan sonra federasiya üzvü olan təşkilatlardakı fəaliyyətinə də qadağa qoyublar. Mən Cavadovun yığmanın çıxışı barədə tənqidi fikirlərində və “Ramiz Mirzəyevlə Şahin Diniyevi süpürüb atmaq lazımdır” açıqlamasında heç bir təhqir görmürəm”. O. Abdullayev İ. Cavadov barəsində çıxarılan qərarla bağlı sabah digər veteranlarla birgə toplantı keçirərək, AFFA-ya etiraz məktubu ünvanlayacaqlarını vurğulayıb. O, federasiya tərəfindən məktublarına heç bir reaksiya verilməsə, digər idman strukturlarına da şikayət edəcəklərini deyib.
Digər “Şöhrət” ordenli futbol veteranları Ələkbər Məmmədov isə “APA-Sport” agentliyinə açıqlamasında qərardan xəbərsiz olduğunu səbəb göstərərək, şərh verməyib. Lakin Ə. Məmmədov bir veteran kimi İ. Cavadovu dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Kazbek Tuayev “Şöhrət” ordenli veteran yoldaşı kimi İ.Cavadova hörmət etdiyini desə də, onun mətbuatda təhqiramiz çıxışlarına haqq qazandırmadığını söyləyib: “Cavadov bilməlidir ki, mətbuat vasitəsilə təhqiramiz fikirlər səsləndirdikdə, AFFA Nizam-İntizam Məcəlləsinə görə ciddi cəzalandırılacaq. Necə ki, bu yaxınlarda türkiyəli məşqçi Naci Şensoy federasiya rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərə görə analoji cəzaya məruz qaldı”. K. Tuayev “Neftçi” VFK-nın üzvü olmadığı üçün klubun sabahkı iclasına qatılmayacağını da sözlərinə əlavə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR