Bank Of Baku

Tuncay Şanlı İngiltərənin “Midlsbro” klubu ilə 4 illik müqavilə imzalayıb

Tuncay Şanlı İngiltərənin “Midlsbro” klubu ilə 4 illik müqavilə imzalayıb
# 13 iyun 2007 09:08 (UTC +04:00)
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Tuncay Şanlının İngiltərənin “Midlsbro” klubuna transferi reallaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, tərəflər arasında razılığa əsasən 4 illik müqavilə imzalanıb. Türkiyə milli komandasının üzvü yeni komandasında hər ilinə 2,2 milyon funt sterlinq qazanacaq.
Qeyd edək ki, Türkiyə superliqasında qalib gəlməklə Çempionlar Liqasında çıxış etmək hüququ qazanan “Fənərbaxça”dan fərqli olaraq, “Midlsbro” İngiltərə Premyer-Liqasını 46 xalla 12-ci pillədə başa vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR