Bank Of Baku

“Turan”ın nigeriyalı hücumçusu Viktor İbekoyi “Qarabağ”a transfer olunub

“Turan”ın nigeriyalı hücumçusu Viktor İbekoyi “Qarabağ”a transfer olunub
# 13 iyun 2007 10:10 (UTC +04:00)
Ağdamın “Qaraba𔝠klubu mövsümlərarası fasilədə ilk legioner transferini reallaşdırıb. Klubunun türkiyəli baş məşqçisi Rasim Kara “APA-Sport” agentliyinə açıqlamasında 21 yaşlı nigeriyalı hücumçu Viktor İbekoyinin keçidini başa çatdırdıqlarını bildirib: “İbekoyi ilə iki illik müqavilə imzalamışıq. Viktorun oyunu bəyənmişdim. O, yaxşı hücumçudur. İbekoyinin gənc olması da ona maraq göstərməyimizin əsas səbəblərindəndir”. V. İbekoyi ötən mövsüm Azərbaycan çempionatından çıxış edərək, Tovuzun “Turan” klubunu şərəfini qoruyub, həmçinin, komandanın ötən mövsüm ən sərrast oyunçusu olub. O, ötən mövsüm “Qarabağ”la keçirilmiş hər iki görüşdə qol vurub. Lakin R. Kara V. İbekoyinin transferində bu amilin həlledici olmadığını vurğulayıb: “Viktor təkcə ”Qarabağ”a deyil, digər iddialı klublara da qol vuraraq, məhsuldar hücumçu olduğunu nümayiş etdirib”
Qeyd edək ki, “Qaraba𔝠V.İbekoyiyədək 27 yaşlı qapıçı Fərhad Vəliyev və 22 yaşlı hücumçu Murad Ağakişiyevi transfer edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR