Bank Of Baku

Azərbaycan milli komandası FİFA-nın reytinq siyahısında 6 pillə geriləyib

Azərbaycan milli komandası FİFA-nın reytinq siyahısında 6 pillə geriləyib
# 13 iyun 2007 10:39 (UTC +04:00)
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan futbol yığması ötən reytinq sıralaması ilə müqayisədə, 6 pillə geriləyib. İyunun 2-də Bakıda Polşa yığmasına 1:3 hesabı ilə uduzaraq, bundan dörd gün sonra Qazaxıstan yığması ilə səfər oyununda 1:1 hesablı bərabərliyə qalan millimiz 277 xalla 109-cu pillədə qərarlaşıb. Sentyabrın 8-də və 12-də qarşılaşacağımız Ermənistan yığması isə Qazaxıstan və Polşa üzərində qələbə sayəsində 48 pillə irəliləyərək, 80-ci yerə yüksəlib. Azərbaycan yığmasının 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında digər rəqiblərindən Portuqaliya 6-cı, Polşa 18-ci, Serbiya 22-ci, Finlandiya 42-ci, Belçika 70-ci, Qazaxıstan 119-cu pillədə yer alıb.
Qeyd edək ki, FİFA-nın reytinq sıralamasına əvvəlki tək sonuncu dünya çempionu İtaliya başçılıq edir. Fransa ikinci pilləyə yüksələrək, bu mövqedə qərarlaşan beşqat dünya çempionu Braziliyanı üçüncü pilləyə salıb. Türkiyə yığması isə iki pillə geriləyib - 21-ci yer. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR