Bank Of Baku

“Bakı” baxışa çağırdığı bolqarıstanlı futbolçuları geri qaytarır

“Bakı” baxışa çağırdığı bolqarıstanlı futbolçuları geri qaytarır
# 13 iyun 2007 11:17 (UTC +04:00)
“Bakı” klubu baxışa çağırdığı bolqarıstanlı futbolçuları 30 yaşlı yarımmüdafiəçi İvan Tançovski ilə 26 yaşlı hücumçu Georgi Bijevi geri qaytarır. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası ilə yoxlama oyununda şans verdiyi bolqarıstanlı legionerlərin səviyyəsindən razı qalmadığını bildirib. B. Hacıyev baxışda olan 24 yaşlı paraqvaylı hücumçu İsrael Rodriges haqda isə hələlik qəti qərara gəlmədiyini söyləyib: “Paraqvaylı hücumçunun nəyə qadir olduğunu iyunun 16-da bir daha yoxlayacağıq. Həmin gün 17 yaşlılardan ibarət yığmamızla yenidən qarşılaşmağı planlaşdırmışıq. Həmin oyunda paraqvaylıya yenidən şans verərək, bundan sonra qərar qəbul edəcəyəm”.
Qeyd edək ki, İ.Rodriges son mövsümdə Ekvadorun “Emelek”, İ.Tançovski Bolqarıstanın “Rodoba”, G.Bijev isə Belarusun “Qomel” klubunda çıxış edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR