Bank Of Baku

Bu gün AFFA-da keçirilən toplantıda futbolçu və məşqçilərin sifariş qiymətlərinin endirilməsi barədə razılıq əldə olunub

Bu gün AFFA-da keçirilən toplantıda futbolçu və məşqçilərin sifariş qiymətlərinin endirilməsi barədə razılıq əldə olunub
# 13 iyun 2007 12:46 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında İcraiyyə Komitəsinin üzvləri və klub rəhbərləri ilə birgə iclas keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov və AFFA prezidenti Ramiz Mirzəyev də iştirak edib. İclasda XVI milli çempionatda futbolçu və məşqçi heyətinin sifariş qiymətinin dəyişdirilməsi məsələsi əsas müzakirə mövzusu olub. Klub rəsmiləri sifariş məbləğinin endirilməsi ilə bağlı AFFA prezidentinə müraciət ediblər. Tədbir iştirakçıları arasında geniş müzakirələrə səbəb olan bu məsələdə ortaq məxrəcə gəlmək mümkün olub. Belə ki, növbəti ölkə çempionatında sifariş qiymətlərinin yerli futbolçu üçün 4000 manatdan 2000 manata, əcnəbi futbolçu üçün 20000 manatdan 8000 manata, yerli məşqçi üçün 10000 manatdan 5000 manata, əcnəbi məşqçi üçün isə 50000 manatdan 20000 manata endirilməsi barədə razılığa gəlinib. Həmçinin, qərara alınıb ki, bir klubun yetişdirdiyi futbolçu milli çempionatda həmin klubun heyətində çıxış edərsə, ondan sifariş pulu tələb edilməyəcək. Toplantıda lisenziyalaşdırma ilə əlaqədar da müzakirələr aparılıb. 2007/08 mövsümündə bir klubun nəzdində 3 deyil, 4 yaş qrupu üzrə yeniyetmə komandanın fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub. İclasda müzakirə olunan məsələlər AFFA-nın növbədənkənar konfransında rəsmiləşdiriləcək. AFFA-nın növbədənkənar konfransının iyulun 20-də keçirilməsi barədə qərar qəbul olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR