Bank Of Baku

AFFA-nın baş katibi Fuad Əsədov istefa verib

AFFA-nın baş katibi Fuad Əsədov istefa verib
# 13 iyun 2007 13:42 (UTC +04:00)
O, qərarını AFFA İcraiyyə Komitəsinin (İK) bu gün keçirilən iclasında açıqlayıb. AFFA prezidenti Ramiz Mirzəyev, vitse-prezident Elşad Nəsirov, həmçinin, İK üzvləri Kazbek Tuayev, Yaşar Sultanov və Mirkamil Rəhimovun iştirak etdiyi iclasda F.Əsədovun istefası qəbul olunub. AFFA-nın baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq, bu qurumun prezidentinin köməkçisi Ələddin Ağayiyə tapşırılıb.
Qeyd edək ki, ixtisasca inşaatçı-mühəndis olan F.Əsədov AFFA-da 2000-ci ildən çalışır. O, 2003-cü il dekabrın 29-da keçirilən hesabat-seçki konfransında AFFA-nın baş katibi təyin olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR