Bank Of Baku

“Neftçi” Veteranları Futbol Klubu: “AFFA rəhbərliyi İsgəndər Cavadovun tənqidlərindən nəticə çıxarmaq əvəzinə, onu federasiyadan uzaqlaşdırır”

“Neftçi” Veteranları Futbol Klubu: “AFFA rəhbərliyi İsgəndər Cavadovun tənqidlərindən nəticə çıxarmaq əvəzinə, onu federasiyadan uzaqlaşdırır”
# 13 iyun 2007 15:04 (UTC +04:00)
Bu gün “Neftçi” Veteranları Futbol Klubu (VFK) veteran futbolçu İsgəndər Cavadovun iki il müddətinə AFFA-nın üzvü olan futbol qurumlarından uzaqlaşdırılması ilə bağlı toplantı keçirib. “Neftçi” VFK-nın prezidenti Oqtay Abdullayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, toplantıda iştirak edən veteranlar AFFA rəhbərliyinin İ.Cavadova münasibətindən narazılıqlarını ifadə ediblər. Veteranlar prezident İlham Əliyev tərəfindən ötən il “Şöhrət” ordeninə layiq görülən 51 yaşlı İ. Cavadovun Azərbaycan futbolunda iz qoyduğunu xüsusi vurğulayıblar. Veteranların fikrincə, AFFA rəhbərliyi bir veteran kimi İ. Cavadovun tənqidlərindən nəticə çıxarmaq, mütəxəssisləri futbolun idarəçiliyinə cəlb etmək əvəzinə, onu federasiyadan uzaqlaşdırır. Sonda çıxarılan qərara etiraz olaraq, AFFA prezidenti Ramiz Mirzəyev, AFFA Nizam-İntizam Komitəsinin sədri Tofiq Fətullayev, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə müraciət edilməsi qərara alınıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR