Bank Of Baku

Ramiz Mirzəyev: “Fuad Əsədov AFFA-nın baş katibi vəzifəsindən səhhəti ilə əlaqədar istefa verib”

Ramiz Mirzəyev: “Fuad Əsədov AFFA-nın baş katibi vəzifəsindən səhhəti ilə əlaqədar istefa verib”
# 13 iyun 2007 15:29 (UTC +04:00)
“Biz bundan sonra da Fuad Əsədovun xidmətlərindən, məsləhətlərindən istifadə edəcəyik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın prezidenti Ramiz Mirzəyev deyib. F. Əsədovun AFFA-nın baş katibi vəzifəsindən səhhəti ilə əlaqədar istefa verdiyini söyləyən AFFA prezidenti onun futbol sahəsində böyük xidmətlər göstərdiyini vurğulayıb: “Onun xidmətləri dövlət tərəfindən də qiymətləndirilib. AFFA-nın İcraiyyə Komitəsinin bu günkü iclasında da Fuad Əsədovun futboldakı xidmətləri qeyd olunub və buna görə ona təşəkkür edilib”.
Fuad Əsədovun vəzifələrinin müvəqqəti icraçısı Ələddin Ağayi isə “APA-Sport” agentliyinə açıqlamasında təyinatın onun üçün gözlənilməz olduğunu söyləyib: “Baş katib vəzifəsinin icrasının mənə tapşırılacağını gözləmirdim. Bu vəzifəyə rəsmən təyin olunmağım isə AFFA prezidentinin səlahiyyətlərinə aiddir”. Ə. Ağayi bildirib ki, AFFA-nın baş katibi vəzifəsinə hazır olub-olmadığını zaman göstərəcək. O, həmçinin, qeyd edib ki, F.Əsədovun tutduğu vəzifədən Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla keçirəcəyi oyunlar öncəsi istefa verməsi məsuliyyətdən yayınmaq anlamına gəlmir: “Fikrimcə, Fuad Əsədov məsuliyyətdən qaçmır. Sadəcə, onun səhhətində problem yaranıb”.
Qeyd edək ki, əvvəllər “Şəfa” İdman-Sağlamlıq Mərkəzinin direktoru işləmiş Ə. Ağayi bu il fevralın 1-də AFFA prezidentinin köməkçisi təyin olunub. Bu gün isə AFFA İcraiyyə Komitəsi üzvlərinin yekdil qərarı ilə ona bu qurumun baş katibi vəzifəsinin icrası tapşırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR