Bank Of Baku

Keçmiş SSRİ və dünya yığmalarının futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib

Keçmiş SSRİ və dünya yığmalarının futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib
# 14 iyun 2007 09:24 (UTC +04:00)
Moskvanın “Lujniki” stadionunda keçmiş SSRİ və dünya yığmalarının tanınmış futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, görüş SSRİ yığmasının sabiq qapıçısı Rinat Dasayevin 50 illik yubileyi münasibətilə təşkil olunub. SSRİ ulduzlarından ibarət yığmada karyerasının parlaq dövrlərini keçirdiyi 1980-ci illərdə R. Dasayevlə Moskvanın “Spartak” və SSRİ yığma komandasında birgə çıxış etmiş Viktor Çanov, Aleksandr Çivadze, Vagiz Xidiyatullin, Anatoli Demyanenko, Aleksandr Mixayliçenko, Leonid Buryak, Aleksandr Borodyuk Fyodr Çerenkov və Sergey Rodionov kimi tanınmış futbolçular çıxış edib. Dünya millisinin heyətində isə Andoni Subisaretta, Kazimir Balakov, Corc Vea, “Qalatasaray”ın sabiq baş məşqçiləri Georgi Hacı və Erik Gerets kimi ulduzlar meydana çıxıb. Yubilyarın özü hər iki komandanın formasını geyib.
Görüş 5:5 hesabı ilə başa çatıb. SSRİ ulduzlarının heyətində üç dəfə Aleksandr Borodyuk, hərəyə bir dəfə Leonid Buryak, Sergey Rodionov, dünya ulduzlarından isə iki dəfə Uinter Rufer və hərəyə bir dəfə Abedi Pele, Corc Vea, Toni Polster fərqləniblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR