Bank Of Baku

Rusiyanın “Kuban” klubunun iki futbolçusu Azərbaycan yığmasına dəvət olunub

Rusiyanın “Kuban” klubunun iki futbolçusu Azərbaycan yığmasına dəvət olunub
# 14 iyun 2007 11:23 (UTC +04:00)
Rusiya çempionatının güclülər dəstəsində mübarizə aparan “Kuban” klubunun əvəzedici heyətində çıxış edən iki azərbaycanlı futbolçu Azərbaycan milli komandasına dəvət olunub. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın seleksiyaçı-məşqçisi Nazim Süleymanovun sözlərinə görə, artıq soydaşlarımıza İnternet vasitəsilə məktub göndərilib: “Onların cavablarını gözləyirik. Koordinatları əldə etdikdən sonra həm futbolçularla, həm də məşqçiləri ilə söhbət aparacağıq. Milli komandada oynamağa razılıq versələr, baxışa çağıracağıq”. N. Süleymanov “Kuban”dakı soydaşlarımızdan birinin qapıçı, digərinin isə hücumçu olduğunu bildirsə də, onların adlarını açıqlamayıb. Seleksiyaçı-məşqçi vurğulayıb ki, “Kuban”la yanaşı, Rusiyanın MOİK və “Lokomotiv” klublarında forma geyən azərbaycanlı oyunçulara da məktub göndərilib. Bundan başqa, N.Süleymanov İngiltərə və İsveçdə çıxış edən futbolçularla maraqlandığını deyib. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR