Bank Of Baku

EFF rəsmisi Armen Minasyan: “Moratinosun Ermənistan-Azərbaycan oyunları ilə bağlı irəli sürdüyü təklifi yalnız xoş niyyət kimi qəbul etmək lazımdır”

EFF rəsmisi Armen Minasyan: “Moratinosun Ermənistan-Azərbaycan oyunları ilə bağlı irəli sürdüyü təklifi yalnız xoş niyyət kimi qəbul etmək lazımdır”
# 14 iyun 2007 12:34 (UTC +04:00)
“Migel Anhel Moratinosun Ermənistan-Azərbaycan oyunları ilə bağlı irəli sürdüyü təkliflə tanışıq. Amma mənə elə gəlir, bunu yalnız xoş niyyət kimi qəbul etmək lazımdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan Futbol Federasiyasının (EFF) icraçı direktoru Armen Minasyan söyləyib. İspaniyanın Xarici İşlər naziri Migel Anhel Moratinosun Bakıya və İrəvana səfəri zamanı oyunların İspaniyada keçirilməsi haqda verdiyi təklifini dəyərləndirən EFF rəsmisi, bu məsələ ilə bağlı son qərarı UEFA-nın verəcəyini vurğulayıb: “Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan və Azərbaycan yığmaları arasında keçiriləcək oyunların yerini UEFA-nın İcraiyyə Komitəsi müəyyənləşdirəcək”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin təqviminə əsasən, Azərbaycan və Ermənistan yığmaları sentyabrın 8-də və 12-də qarşılaşmalıdırlar. UEFA-nın İcraiyyə Komitəsi oyunların yeri ilə bağlı iyunun 22-də qərar çıxaracaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR