Bank Of Baku

“Xəzər-Lənkəran” Çempionlar Liqasındakı rəqibini Lənkərana xüsusi vertolyotla aparmağa hazırdır

“Xəzər-Lənkəran” Çempionlar Liqasındakı rəqibini Lənkərana xüsusi vertolyotla aparmağa hazırdır
# 14 iyun 2007 12:42 (UTC +04:00)
“Xəzər-Lənkəran” futbol klubu Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki rəqibini Lənkərana vertolyotla da aparmağa hazırdır. Bu haqda “APA-Sport” agentliyinə klubun icraçı direktoru Tuyqun Nadirov məlumat verib. ÇL-dəki ev oyunlarını Lənkəran şəhər mərkəzi stadionunda keçirməkdə israrlı olduqlarını bildirən T. Nadirov hava limanı ilə bağlı problemi həll edəcəklərinə ümidvar olduğunu vurğulayıb: “İlkin mərhələnin püşkü atıldıqdan sonra UEFA nümayəndələri ölkəmizə gələcəklər. Onlar rəqibimizi Lənkəranda qəbul edib-etməyəcəyimizə dair qərar verəcəklər. Əgər oyunumuzun Lənkəranda keçirilməsində heç bir problem görməsələr, Heydər Əliyev Beynəlxalq Hava Limanından Lənkərana hansı nəqliyyat vasitəsilə yollanmaq seçimi rəqibimizin üzərində qalacaq”. Bununla belə, “Xəzər-Lənkəran” rəsmisi qonaqları yüksək səviyyədə qəbul edib, yola salmağa hazır olduqlarını vurğulayıb: “Qonaq komanda yol yorğunluğunu səbəb göstərərək, Bakıdan Lənkərana avtobusla yollanmaq istəməsə, rahat qatarla gedə bilər. Hətta biz qonaqları Lənkərana vertolyotla da gətirməyə hazırıq”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın Avropa kuboklarındakı ev oyunlarını Lənkəran şəhər mərkəzi stadionunda keçirməsində problem həmin bölgənin 150-200 km yaxınlığında hava limanının olmaması üzündən yaranıb. Azərbaycan çempionu və kubokunun sahibi ikinci arena kimi Tofiq Bəhramov adına Respublika stadionundan yararlanacaqları barədə də artıq UEFA-nı məlumatlandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR