Bank Of Baku

“Neftçi” UEFA kubokuna Avstriyada hazırlaçacaq

“Neftçi” UEFA kubokuna Avstriyada hazırlaçacaq
# 14 iyun 2007 13:32 (UTC +04:00)
“Neftçi” UEFA kubokuna Avstriyada hazırlaşacaq. Klubun baş məşqçisi Qurban Qurbanov “APA-Sport” agentliyinə açıqlamasında Avstriyaya iyunun 26-da yollanacaqlarını bildirib: “Bu ölkədə hazırlıq prosesini Zalstburq şəhərində keçəcəyik. Zaltsburqda təlim-məşq toplanışını keçəcəyimiz yerə Avropanın bir sıra klubları da hazırlıq keçməyə gəlir. Avstriyada 4 yoxlama oyunu keçirəcəyik, rəqiblərimiz isə hələlik dəqiqləşməyib”. Q. Qurbanov Avstriyada iki həftə qalmağı planlaşdırdıqlarını bildirib. “Neftçi”nin çalışdırıcısı avrokuboklarda püşkün nəticəsinin də hazırlıq prosesinin müddətinə təsir göstərəcəyini qeyd edib: “Avstriyada iyulun 11-dək qalmaq fikrindəyik. Ancaq püşkün nəticəsi də bu ölkəni nə vaxt tərk edəcəyimizə təsir göstərə bilər. Belə ki, UEFA kubokunda ilk oyunu öz meydanımızda keçirsək, 11-də Bakıya qayıdaraq, hazırlığın son mərhələsini burda keçirəcəyik. İlk oyunu səfərdə keçirməli olsaq, Bakıya qayıtmayıb, birbaşa qarşılaşacağımız rəqibin ölkəsinə yollanmağı planlaşdırırıq. Bununla, oradakı şəraitə uyğunlaşmaq istəyirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR