Bank Of Baku

Rusiya futbol yığmasının keçmiş üzvü Dmitri Aleyniçev Rusiya Federasiya Şurasının deputatı seçilib

Rusiya futbol yığmasının keçmiş üzvü Dmitri Aleyniçev Rusiya Federasiya Şurasının deputatı seçilib
# 14 iyun 2007 15:47 (UTC +04:00)
Rusiya futbol yığmasının və “Spartak” klubunu 35 yaşlı sabiq futbolçusu Dmitri Aleyniçev Rusiya Federasiya Şurasının deputatı seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, D. Aleyniçev bu etimada Omsk vilayətinin qanunverici orqanından gizli səsvermə nəticəsində layiq görülüb. “Edinaya Rossiya” Partiyasının üzvü olan D. Aleyniçev Dövlət Dumasının spikeri Dmitri Qrızlovun idman məsələləri üzrə məsləhətçisidir.
Qeyd edək ki, D.Aleyniçev “Spartak”la yanaşı, İtaliyanın “Roma” və Portuqaliyanın “Portu” klubunda çıxış edib. Yarımmüdafiəçi “Portu”nun heyətində həm Çempionlar Liqasını, həm də UEFA kubokunu qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR