Bank Of Baku

Türkiyə millisinin sabiq üzvü İlhan Mansız futbolçu karyerasını başa vurub

Türkiyə millisinin sabiq üzvü İlhan Mansız futbolçu karyerasını başa vurub
# 14 iyun 2007 15:49 (UTC +04:00)
Türkiyə milli komandasının sabiq hücumçusu İlhan Mansız futbolçu karyerasını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, futbolçu qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. H. Mansız bildirib ki, karyerasını bitirməsinin səbəbi ciddi zədə problemi ilə üzləşməsidir. Almaniyanın “Bavariya” klubunun həkimi tərəfindən müayinə olunan 32 yaşlı futbolçuya karyerasını bitirmək məsləhət görülüb. İstanbulun “Beşiktaş” klubunun tərkibində Superliqanın qalibi olan İ. Mansız Türkiyə millisi ilə 2002-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. Futbolçu Koreyanın “Vissel Kobe” və Türkiyənin “Ankaragücü” klublarında da çıxış edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR