Bank Of Baku

Fuad Əsədov: “Baş katib postundan istefa vermək barədə hələ bir il öncə AFFA prezidentinə ərizəsi ilə müraciət etmişdim”

Fuad Əsədov: “Baş katib postundan istefa vermək barədə hələ bir il öncə AFFA prezidentinə ərizəsi ilə müraciət etmişdim”
# 18 iyun 2007 10:10 (UTC +04:00)
“Mənim ermənilərlə oyunların məsuliyyətindən yayınmaq məqsədilə istefa verdiyimi deyənlər bisavad insanlardır. Mən futbol oynamırdım, sırf təşkilati işlərlə məşğul idim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq baş katibi Fuad Əsədov deyib. F. Əsədov hələ bir il öncə istefa ərizəsi ilə AFFA prezidentinə müraciət etdiyini bildirib: “İş qrafikim gərgin olduğundan çətinlik çəkirdim. İstefamın yeganə səbəbi yorğunluğumdur. Buna görə də istirahət etmək istəyirəm”. F.Əsədov vurğulayıb ki, baş katib vəzifəsindən getməsinə baxmayaraq, AFFA-dakı fəaliyyətini bundan sonra da davam etdirəcək: “AFFA ilə müqaviləm var. Federasiyanın lisenziyalaşdırma işlərinə yenə də mən rəhbərlik edəcəyəm. Ürəyim nə qədər istəsə, burada çalışacağam”. Eks-baş katib xələfinin adını açıqlamaqda çətinlik çəkib, bu vəzifəyə təyinatın AFFA prezidentinin səlahiyyətində olduğunu söyləyib: “Baş katibin təyinatı prezidentin səlahiyyətində olan məsələdir. Bu vəzifəyə təyinat Nizamnamədə göstərilən prosedur qaydalara uyğun olaraq aparılacaq”.
Qeyd edək ki, 2003-cü ildən AFFA-da baş katib vəzifəsini tutan F.Əsədov bu il iyunun 13-də istefa verib. Onun vəzifələrinin icrası müvəqqəti olaraq, AFFA prezidentinin köməkçisi Ələddin Ağayiyə tapşırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR