Bank Of Baku

“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Almaniya çempionatının 5-ci liqasında çıxış edən komandanı çalışdıracaq

“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Almaniya çempionatının 5-ci liqasında çıxış edən komandanı çalışdıracaq
# 18 iyun 2007 14:15 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko bu mövsümdən Almaniya çempionatının 5-ci liqasında çıxış edən “Yunkersdorf” komandasına baş məşqçi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, “Yunkersdorf”un prezidenti Karl Bartel V. Pasulkonun məşqçilik karyerasına başladığı kluba qayıdışına böyük ümidlərlə yanaşdığını bildirib: “Mən Pasulkonu çoxdan tanıyır və çox yüksək dəyərləndirirəm. Onunla gələn mövsüm 4-cü liqaya dönüşümüzü təmin etməliyik”.
Qeyd edək ki, “Yunkersdorf” komandası sonuncu mövsümdə Almaniyanın 4-cü liqasında uğursuz çıxış edərək 5-ci liqaya düşüb.
Bir statistik məlumatı qeyd etmək yerinə düşərdi ki, Moldova millisinin sabiq baş məşqçisi 2005-2006 mövsümünün ortalarından sonunadək “Xəzər-Lənkəran”ı çalışdırdığı müddətdə lənkəranlılar Azərbaycan çempionatında bir dəfə belə məğlub olmayıblar. Onun yeganə məğlubiyyəti Yevlaxda yerli “Karvan” komandası ilə ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib - 0:3. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR