Bank Of Baku

Moldovalı və ukraynalı futbolçular İmişlinin “MKT-Araz” klubunda baxışdadır

Moldovalı və ukraynalı futbolçular İmişlinin “MKT-Araz” klubunda baxışdadır
# 19 iyun 2007 08:50 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu moldovalı və ukraynalı futbolçuları baxışa çağırıb. “APA-Sport” agentliyinin məlumatına görə, “MKT-Araz” “Bakı”nın İntertoto kubokundakı rəqibi, Moldovanın “Daçiya” klubunun 27 yaşlı sol cinah yarımmüdafiəçisi Yevgeni Boyçenkonu hazırlığa cəlb edib. “Daçiya” Y. Boyçenkonu “Bakı” ilə oyunlarda heyətində saxlamaq istəsə də, moldovalı klubunu dəyişməyi daha məqsədəuyğun sayıb. “MKT-Araz”ın sınayacağı digər moldovalı futbolçu isə avrokuboklarda artıq Azərbaycan klubuna qarşı oynayıb. Bu 2005-ci ildə Moldovanın “Nistru” klubunun heyətində UEFA kubokunda “Xəzər-Lənkəran”a qarşı çıxış etmiş və Kişinyovdakı oyunda qol vurmuş Andrey Matsuradır. Qeyd edək ki, “Xəzər-Lənkəran”la oyunlarda A. Matsura “Nistru”da atası Aleksandr Matsuranın rəhbərliyi altında çıxış edib. Hazırda Rusiyanın “Rubin” klubunda işləyən ata Matsura 1999-cu ildə UEFA kubokunda “Şəmkir”in rəqibi olan Ukraynanın “Krivbass” komandasının baş məşqçisi olub. Son iki ildə “Nistru”da oynayan və komandanın kapitanı olan Andrey Matsura isə vaxtilə Rusiyada Mahaçqalanın “Anji” və “Dinamo” klublarının da şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən A. Matsura “MKT-Araz”la yollarını ayıran ukraynalı legioner Dmitri Parxomenkonun əvəzinə gətirilib. “MKT-Araz”a baxışa çağırılan üçüncü moldovalı futbolçu Vyaçeslav Sofronun sonuncu klubu isə Qazaxıstanın “İrtış” komandası olub. “MKT-Araz”ın baxışa çağırdığı digər üç legioner isə ukraynalıdır. 26 yaşlı hücumçu Vladimir Posolatyev Ukraynanın “Tavriya”, 26 yaşlı sol cinah yarımmüdafiəçisi Sergey Seryoqinlə 21 yaşlı hücuma meylli yarımmüdafiəçi İqor Şolin “Karpatı” klubunda çıxış edib. İ. Şolin Ukraynanın 19 yaşlılardan ibarət yığma komandasının sabiq üzvüdür.
Qeyd edək ki, hazırda Qəbələdə hazırlıq keçən “MKT-Araz” bu legionerlərlə yanaşı, 27 yaşlı bosniyalı hücumçu Alen Başiçi də sınayır. Bu legioner son illərdə Almaniyada çıxış edib, sonuncu klubu isə birinci dəstədə çıxış edən “Kikker Oferbax” olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR