Bank Of Baku

Ukrayna və Polşada keçiriləcək “Avro-2012”-nin oyunları üçün rekord sayda bilet satışa çıxarılacaq

Ukrayna və Polşada keçiriləcək “Avro-2012”-nin oyunları üçün rekord sayda bilet satışa çıxarılacaq
# 19 iyun 2007 12:01 (UTC +04:00)
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunları üçün 1 milyon 497 min bilet satışa çıxarılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu, indiyədək keçirilən analoji yarışların tarixi ərzində rekord göstəricidir. Təşkilatçıların hesablamalarına görə, “Avro-2012”-nin oyunlarını 2000 və 2004-cü ildə keçirilən və 2008-ci ildə keçirilməsi planlaşdırılan yarışlarla müqayisədə 20% çox azarkeş izləyəcək. Qarşılaşmalar Polşanın Varşava, Qdansk, Poznan, Vrotslav və Ukraynanın Kiyev, Lvov, Donetsk, Dnepropetrovsk şəhərlərində keçiriləcək.
Qeyd edək ki, Ukrayna və “Polşa Avro-2012”-nin təşkilatçılıq hüququnu UEFA İcraiyyə Komitəsinin bu ilin aprelində Uelsin paytaxtı Kardiffdə keçirilən toplantısında əldə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR