Bank Of Baku

Fuad Musayev: “Ermənilər Azərbaycan və Ermənistan yığmaları arasında görüşlərin keçirilməməsi təklifi ilə razılaşmayacaqlar”

Fuad Musayev: “Ermənilər Azərbaycan və Ermənistan yığmaları arasında görüşlərin keçirilməməsi təklifi ilə razılaşmayacaqlar”
# 19 iyun 2007 12:47 (UTC +04:00)
“UEFA Azərbaycan və Ermənistan milli komandaları arasındakı oyunların keçirilməməsinə dair qərar qəbul edə bilər. Amma bunun üçün ilk növbədə iki ölkənin milli federasiyası öz aralarında rəsmən razılığa gəlməlidir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev bildirib. Lakin F.Musayev Ermənistan Futbol Federasiyası rəhbərliyinin Azərbaycan tərəfinin təklifinə razılıq verəcəyinə inanmadığını vurğulayıb: “Ermənistan yığması millimizlə oyunları Bakı və İrəvanda keçirməyə hazır olduğunu bildirib. Yəqin ki, onlar özlərini komandamızdan güclü hesab etdikləri üçün belə mövqe tutublar. Avropa çempionatının seçmə qrup mərhələsində daha çox xal toplamaq imkanlarının olduğunu anlayan ermənilərin yığmamızla görüşlərin keçirilməməsinə razılaşacaqları inandırıcı görünmür”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan milliləri ilə sentyabrın 8-də və 12-də keçirilməsi nəzərdə tutulan oyunların aqibəti ilə bağlı qərarı UEFA iyunun 21-də verməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR