Bank Of Baku

Roberto Karlos “Fənərbaxça” klubu ilə rəsmi müqavilə imzalayıb

Roberto Karlos “Fənərbaxça” klubu ilə rəsmi müqavilə imzalayıb
# 19 iyun 2007 13:16 (UTC +04:00)
Braziliya milli komandasının müdafiəçisi Roberto Karlos Türkiyənin “Fənərbaxça” klubu ilə bu gün rəsmi müqavilə imzalayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi Şükrü Saracoğlu stadionunda gerçəkləşən imzalanma mərasimini 1000-ə yaxın azarkeş izləyib. “Real” klubunun tərkibində İspaniya çempionu olan 34 yaşlı müdafiəçi qarşıdakı iki mövsümü İstanbul klubunun heyətində keçirəcək. Belə ki, tərəflər 2+1 sistemi ilə müqaviləyə imza atıblar. İmzalanma mərasimində çıxış edən R.Karlos 4-5 il “Fənərbaxça”da oynayıb, karyerasına da burada son qoymaq istədiyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR