Bank Of Baku

“Turan” klubunun prezidenti Rəşid Məhərrəmov: “İstefam gündəmdədir”

“Turan” klubunun prezidenti Rəşid Məhərrəmov: “İstefam gündəmdədir”
# 19 iyun 2007 14:09 (UTC +04:00)
“İstefa verməyim gündəmdədir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Tovuzun “Turan” klubunun prezidenti Rəşid Məhərrəmov bildirib. R. Məhərrəmov “Turan”ın prezidenti postundan gedişinin real olduğunu vurğulayıb: “Prezident postunu tərk edəcəyim gözlənilir. Bu məsələ “Turan”a sponsorluqla bağlı məsələ həllini tapandan sonra reallaşacaq. İyunun 25-də bir araya gəldikdən sonra klubla bağlı bir çox məsələlərə, o cümlədən prezidentliklə bağlı məsələyə də aydınlıq gələcək”. Qeyd edək ki, R. Məhərrəmov ötən il Tahir Yusifovun “Turan”ın prezidenti postundan gedişindən sonra bu vəzifəyə gətirilib. R. Məhərrəmov “Turan”ın yeni sponsoru ilə bağlı məsələ həllini tapandan sonra klubun hazırkı sponsoru, T. Yusifovun rəhbərlik etdiyi “Taymeks” şirkətinin fəaliyyət istiqamətini dəyişəcəyini qeyd edib: “Taymeks” şirkətinin Tovuzun Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən “Rote Fahne” klubuna və uşaq futboluna himayədarlıq edəcəyi gözlənilir. Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı özəl futbol məktəbi yaratmaq fikrimiz var. Mənim də “Turan”ın prezidenti postundan gedişimdən sonra fəaliyyətinmi uşaq futbolunda davam etdirəcəyim gözlənilir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR