Bank Of Baku

“Neftçi”nin moldovalı yarımmüdafiəçisi Vadim Borets Türkiyədə əməliyyat olunub

“Neftçi”nin moldovalı yarımmüdafiəçisi Vadim Borets Türkiyədə əməliyyat olunub
# 19 iyun 2007 15:04 (UTC +04:00)
“Neftçi” klubunun 31 yaşlı moldovalı yarımmüdafiəçisi Vadim Boretsin üzləşdiyi problem həllini tapıb. “APA-Sport” agentliyinin məlumatına görə, V. Borets Türkiyənin İstanbul şəhərində cərrahiyyə əməliyyatı olunub. Türkiyəyə müayinəyə yollanan moldovalı futbolçunun əməliyyat edilməsinin vacibliyi üzə çıxıb. Əməliyyatı uğurlu keçən V. Borets yaxın vaxtlarda məşqlərə başlayacaq.
Qeyd edək ki, “Neftçi”nin moldovalı legioneri ötən mövsümün son turunda Tovuzun “Turan” klubu ilə Bakıdakı oyunda qasıq nahiyəsindən zədə alıb. “Neftçi”nin məşqçisi Mirbağır İsayevlə birgə Türkiyədə olan V. Borets Bakıya sabah qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR