Bank Of Baku

UEFA rəsmisi: “Azərbaycan və Ermənistan yığmaları arasında oyunların ümumiyyətlə keçirilməməsi barədə qərar veriləcəyi istisna olunmur”

UEFA rəsmisi: “Azərbaycan və Ermənistan yığmaları arasında oyunların ümumiyyətlə keçirilməməsi barədə qərar veriləcəyi istisna olunmur”
# 19 iyun 2007 15:57 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında UEFA-nın mətbuat katibi Uilyam Qalyard məlumat verib. UEFA rəsmisinin sözlərinə görə, İcraiyyə Komitəsinin toplantısı yaxın günlərdə keçiriləcək: “Bu məsələ iclasın gündəliyinə daxildir. İcraiyyə Komitəsinin üzvləri Azərbaycan-Ermənistan görüşlərinin keçiriləcəyi yerlə bağlı fikir mübadiləsi aparacaqlar. Çox güman ki, yekun qərar da həmin toplantıda çıxarılacaq”. U. Qalyard Azərbaycan və Ermənistan yığmaları arasında oyunların ümumiyyətlə keçirilməməsi barədə qərar veriləcəyini də istisna etməyib: “UEFA-nın Nizamnaməsinə əsasən, Azərbaycanla Ermənistan arasında matçların oynanılmaması variantı mümkündür. Bundan ötrü isə ilk növbədə tərəflərin razılığı olmalıdır. Ümumiyyətlə, İcraiyyə Komitəsinin iclasında istənilən qərar çıxarıla bilər”.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi üzvlərinin toplantısının 21 yaşınadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının final mərhələsinin Hollandiyada keçirilən qarşılaşmaları çərçivəsində baş tutacağı planlaşdırılır. Qitə birinciliyinə iyunun 23-də yekun vurulacaq. Azərbaycan Ermənistan oyunlarının keçiriləcəyi yer barədə UEFA-nın rəsmi qərarının da AFFA-ya elə həmin vaxtadək göndərilməsi gözlənilir.
Xatırladaq ki, yığmamızın ermənilərlə görüşləri bu il sentyabrın 8-nə və 12-nə təyin olunub. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR