Bank Of Baku

Emin Ağayevin komandası səfərdə xal qazanıb

Emin Ağayevin komandası səfərdə xal qazanıb
# 20 iyun 2007 08:40 (UTC +04:00)
Azərbaycan futbol yığmasının sabiq müdafiəçisi Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Nara-Desna” klubu məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya çempionatının ikinci dəstəsində Qərb zonasında çıxış edən “Nara-Desna”nın 9-cu turda səfərdə Vladimirin “Torpedo” klubu ilə görüşü qolsuz bərabərliklə başa çatıb 0:0. E. Ağayev bu oyunda 90 dəqiqə meydanda olub. Qeyd edək ki, “Nara-Desna” cari mövsümdə bunadək Rusiya Kuboku yarışlarında “Torpedo” ilə qarşılaşıb və həmin oyunda heç-heçə qeydə alınıb. (1:1) “Nara-Desna” öz meydanında keçirilən bu kubok oyununda penaltilər seriyası ilə “Torpedo”ya məğlub olaraq, mübarizəni 1/64 finalda dayandırıb. Doqquz oyundan sonra hesabında 18 xal olan “Nara-Desna” turnir cədvəlində üçüncü pillədəki mövqeyini qoruyaraq, liderdən iki xal geri qalır. E. Ağayevin komandası növbəti turda iyunun 26-da öz meydanında Sankt-Peterburqun “Dinamo” klubu ilə görüşəcək. Qeyd edək ki, “Dinamo” “Nara-Desna”nı turnir cədvəlində bir pillə qabaqlayır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR