Bank Of Baku

U-17-nin heyəti açıqlanıb

U-17-nin heyəti açıqlanıb
# 20 iyun 2007 10:28 (UTC +04:00)
I Qaradəniz İdman Oyunlarında iştirak edəcək Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət yığmasının (U-17) heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə milli komandaya 22 futbolçu dəvət edib. Heyətə daxil olan oyunçulardan 9-u - “Qarabağ”ın üzvü Cavid Musayev, “Neftçi-2”-dən Anar Abdullayevlə Tanrıverdi Məhərrəmli, “İnter”lilər Araz Əliyev, Tərlan Quliyev, “Bakı”lı Pərviz Bayramov, eləcə də, klubsuz futbolçular Şamxal İbrahimov, Əli Qurbanlı və İlkin Əliyev ilk dəfə bu etimada layiq görülüblər. Bundan başqa, yığmanın heyətində Eşqim Quliyev (“Neftçi”), Tural İsgəndərov, Amil Quluzadə (hər ikisi “Neftçi-2”), Ramil Rəhimzadə (“Neftçi”nin əvəzedici komandası), Novruz Məmmədov (“İnter”), Anar Məhərrəmov (“İnter-2”), Osman Umarov, Emin Mustafayev, Şəhriyar Xəlilov (hamısı “Qarabağ”), Orxan Həsənov, Səlahət Ağayev, Fariz Məmmədov və Sərraf Yusifzadə (hamısı klubsuz) yer alıb. U-17 bu gündən təlim-məşq toplanışına start verib. “Ruslan-93” təlim-məşq bazasında məskunlaşan yığma hazırlıq prosesini iyunun sonlarında başa vuracaq. I Qaradəniz İdman Oyunlarına 18 futbolçu aparılacaq. Bu yarış 2-8 iyul aralığında Türkiyənin Trabzon şəhərində keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR