Bank Of Baku

Azərbaycan və Ermənistan yığmalarının oyunları ilə bağlı yekun qərar verəcək UEFA İcraiyyə Komitəsinin toplantısının gündəliyi açıqlanıb

Azərbaycan və Ermənistan yığmalarının oyunları ilə bağlı yekun qərar verəcək UEFA İcraiyyə Komitəsinin toplantısının gündəliyi açıqlanıb
# 20 iyun 2007 11:19 (UTC +04:00)
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Ermənistan milli komandaları arasında oyunlarla bağlı qərar verəcək UEFA İcraiyyə Komitəsinin (İK) toplantısının gündəliyi açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Hollandiyanın Herenven şəhərinin “Abe Lenstra” stadionunda baş tutacaq toplantının gündəliyinə 7 məsələ daxil edilib. İK üzvləri 2010-cu ildə keçiriləcək dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin formatı, 2007-2009-cu illərdə UEFA komitələrinin tərkibinin təsdiqlənməsi, 2009-cu ildə UEFA-nın XXXIII konqresinin keçiriləcəyi yer, 2007-2011-ci illərdə UEFA-nın əməkdaşlıq edəcəyi təşkilatlar, məşqçilərin ixtisaslarının artırılmasına dair UEFA-nın konvensiyasına yeni üzvlərin qəbulu, hakimlərlə bağlı UEFA-nın konvensiyasına ilk 10 assosiasiyanın üzvlüyə qəbul olunması məsələlərinə baxacaqlar. İclasda, həmçinin, futbol oyunlarının keçirilməsi zamanı İsrailin paytaxtı Təl-Əviv şəhəri ətrafında təhlükəsizliyə dair müzakirələr aparılacaq. Azərbaycan-Ermənistan oyunlarının keçiriləcəyi yerlə bağlı məsələ gündəliyə daxil edilməsə də, İK üzvlərinin bu məsələni də müzakirə edərək, yekun qərar verəcəkləri gözlənilir. Belə ki, UEFA-nın mətbuat katibi Uilyam Qalyard da “APA-Sport” agentliyinə açıqlamasında bu toplantıda Azərbaycan və Ermənistanın yığmalarının oyunlarına aydınlıq gələcəyini bildirib. İK-nın iclası iki gün çəkəcək. İyunun 22-də Bakı vaxtı ilə saat 17:00-da başlanacaq toplantı 20:30-da başa çatacaq. Ertəsi gün isə iclas işini saat 12:00-dan 15:00-dək davam etdirəcək. İclasdan dərhal sonra “Trip” zalında mətbuat konfransı keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR