Bank Of Baku

Alı Alıyev “İnter”in idman direktoru vəzifəsindən çıxarılıb

Alı Alıyev “İnter”in idman direktoru vəzifəsindən çıxarılıb
# 20 iyun 2007 12:30 (UTC +04:00)
“İnter” klubunun rəhbərliyində dəyişiklik baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın idman direktoru Alı Alıyev vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb A. Alıyevin səhhətində problemlər yarananmasıdır. Bu posta Rüstəm Abdullayev təyin edilib. R. Abdullayev bunadək “İnter”də inzibati məsələlərlə məşğul olub.
Qeyd edək ki, 50 yaşlı A. Alıyev “İnter” hələ “Xəzər Universiteti” adlanan dövrdən klubda çalışıb. O, “Xəzər Universiteti”də icraçı direktor, klub 2004-cü ilin iyulundan “İnter” adını daşıdıqdan sonra baş direktor, son bir ildə isə idman direktoru vəzifəsində çalışıb. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR