Bank Of Baku

“Neftçi”nin moldovalı legioneri Vadim Boretsi “Trabzonspor”un oyunçusu Gökdənizin həkimi əməliyyat edib

“Neftçi”nin moldovalı legioneri Vadim Boretsi “Trabzonspor”un oyunçusu Gökdənizin həkimi əməliyyat edib
# 20 iyun 2007 13:47 (UTC +04:00)
“Neftçi” klubunun 31 yaşlı moldovalı yarımmüdafiəçisi Vadim Borets bir həftəyə məşqlərə başlayacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən V. Borets qasıq nahiyəsindən aldığı zədədən iki aydır, əziyyət çəkdiyini bildirib: “Problem apreldə Yevlaxın “Karvan” klubu ilə səfər oyununda yaranıb. Həmin vaxt qarşıda vacib oyunlarımız olduğundan, əməliyyatı təxirə salmalı oldum. Belə olan halda çempionatda qalan oyunlarımıza iynələrin hesabına çıxırdım. Ağrılar getdikcə artaraq mənə əziyyət verirdi. Sonuncu turda “Turan”la Bakıdakı oyundan sonra isə əməliyyat etdirmək qərarımı qətiləşdirdim”. Qeyd edək ki, moldovalı futbolçu Türkiyənin İstanbul şəhərində cərrahiyyə əməliyyatı edilib. V. Borets əməliyyatdan sonrakı bərpa prosesi üçün uzun zamana ehtiyac olmadığını qeyd edib: “Mənə əməliyyat edən həkim Türkiyə milli komandasının və “Trabzonspor” klubunun oyunçusu Gökdəniz Qaradənizi də əməliyyat edib. Türkiyəli həkim qasıq nahiyəsindəki zədələrin ciddi olmadığını və Gökdənizin əməliyyatdan üç həftə sonra oynadığını dedi. Bərpa prosesinin ilk mərhələsində yüngül çalışmalar edəcəyəm. Artıq bir həftəyə məşqlərə başlamağa və ilk olaraq qaçmağıma icazə verilib. İki həftəyə isə komandanın məşq prosesində iştirak edəcəyəm. “Neftçi” ilə birgə Avstriyaya təlim-məşq toplanışına yollanaraq, UEFA kubokunun oyunlarınadək tam hazır olmalıyam”.
Qeyd edək ki, “Neftçi” UEFA kubokunda ilk oyununu iyulun 19-da keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR