Bank Of Baku

Nazim Süleymanov: “Xaricdəki Azərbaycan futbolçularını Bakıya toplayaraq, onların iştirakı ilə yoldaşlıq görüşü keçirmək istəyirik”

Nazim Süleymanov: “Xaricdəki Azərbaycan futbolçularını Bakıya toplayaraq, onların iştirakı ilə yoldaşlıq görüşü keçirmək istəyirik”
# 20 iyun 2007 14:32 (UTC +04:00)
Azərbaycan milli komandasının məşqçi korpusu ölkə hüdudlarından kənarda yaşayan futbolçularımızdan cavab gözləyirlər. Yığmanın seleksiyaçı-məşqçisi Nazim Süleymanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, indiyədək yalnız bir soydaşımızla, Rusiyanın güclülər dəstəsində mübarizə aparan “Kuban” klubunun əvəzedici komandasının 24 yaşlı qapıçısı Roma Məmmədovla əlaqə saxlamaq mümkün olub. N. Suleymanov digər futbolçuların koordinatlarının hələ də tapa bilmədiklərinin bildirib. Seleksiyaçı-məşqçi Ukraynada çıxış edən bir azərbaycanlı futbolçunun videokasetini bu gün əldə etdiyini söyləyib. O, həmçinin, vurğulayıb ki, yaxın vaxtlarda Türkiyə, Rusiya və Qazaxıstanda forma geyinən gənc və perspektivli futbolçularımıza İnternet vasitəsilə məktub göndəriləcək: “Məqsədimiz xaricdəki oyunçularımızın hamısını Bakıya toplayaraq, onların iştirakı ilə yoldaşlıq görüşü keçirməkdir. Məşqçilər futbolçuların oyunlarını izlədikdən sonra onları əsas milli komandanın heyətinə çağırmağın məqsədəuyğun olub-olmadığı barədə qərar verəcəklər”.
Qeyd edək ki, N. Süleymanov R. Məmmədovdan başqa daha 5 futbolçunu - Rusiyanın MOİK klubundan Adil İbrahimov (1989), İsgəndər Cəlilov (1992), “Lokomotiv”dən Əziz Mansurov (1989), İngiltərədən Namiq Abilov (1988), İsveçdən isə Toğrul Əbdülrəhmanovu (1983) Bakıya dəvət edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR