Bank Of Baku

Əhməd Ələsgərov Bolqarıstan çempionatının güclülər dəstəsində çıxış edən komandalarda çalışmaq təklifini rədd edib

Əhməd Ələsgərov Bolqarıstan çempionatının güclülər dəstəsində çıxış edən komandalarda çalışmaq təklifini rədd edib
# 20 iyun 2007 15:43 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əhməd Ələsgərov Bolqarıstandan aldığı təklifi rədd edib. Bu haqda “APA-Sport” agentliyinə hazırda Ukraynanın Odessa şəhərində yaşayan Ə.Ələsgərovun özü məlumat verib. Onun sözlərinə görə, çoxdan tanıdığı Bolqarıstan Futbol İttifaqının rəsmiləri Odessaya gələrək, ona Bolqarıstan çempionatının güclülər dəstəsində yarışan komandalarda çalışmağı təklif ediblər: “Lakin mən razılaşmadım. Çünki hazırda Odessa Futbol Federasiyasındakı işlərimlə və ailəmlə məşğul olmaq fikrindəyəm”.
Qeyd edək ki, Ə.Ələsgərov bir müddət öncə Nigeriya klublarından aldığı təklifi rədd etdiyini bildirmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR