Bank Of Baku

Alı Alıyev: ““İnter”dən işdən çıxmağım təkcə səhhətimdə yaranmış problemlərlə bağlı deyil”

Alı Alıyev: ““İnter”dən işdən çıxmağım təkcə səhhətimdə yaranmış problemlərlə bağlı deyil”
# 20 iyun 2007 16:01 (UTC +04:00)
“İdman direktoru postundan azad olunmağımla bağlı “İnter”in rəhbərliyə yazılı şəkildə rəsmi müraciət etməsəm də, klubdan getməyi düşünürdüm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun sabiq idman direktoru Alı Alıyev deyib. O, “İnter” rəhbərliyinin onun haqda çıxardığı qərardan xəbərsiz olduğunu bildirib: “İşimdən çıxarılmağımla bağlı rəsmi qərardan xəbərim yoxdur, ilk dəfə sizdən eşidirəm. Ancaq vəzifəmdən getmək istəyim həqiqətən səhhətimlə bağlıdır. Artıq xeyli vaxtdır ki, böyrəyimdəki ağrılardan əziyyət çəkirəm. Böyrəyimdə daş var, hər gün 3-4 iynə vurdururdum. Bunu klubdakılar da bilirdilər. Futbol ehtiraslı oyundur və emosiyaların artması qan təzyiqinin qalxması ilə bağlı da problem yaradır. Qan təzyiqinin qalxması isə böyrəyin fəaliyyətinə mənfi təsir göstərir. İşlədiyim neçə illər ərzində müalicə olunmamışdım. Tam sağlam olmayan adam necə işləyə bilər? Buna görə də, nəhayət ki, müalicə olunmağı qərara aldım. Mövsüm başa çatandan sonra məzuniyyətə çıxmışdım”. A. Alıyev 1 aylıq məzuniyyətinin iyunun sonunda başa çatacağını söyləyib. O, səhhətində yaranmış problemlərlə yanaşı, işdən çıxmaq istəməsinin digər səbəblərinin də olduğunu qeyd edib: “İnter”də işlədiyim bu iç ildə nəticə qazanmadıq. Nəticə olmursa, getməyim daha məqsədəuyğun olar. Bəlkə mənim yerimə gələn şəxs bu işin öhdəsindən daha yaxşı gələcək. Belə olan halda getmək haqda qəbul etdiyim qərarla buna imkan yaratdım. Hesab edirəm ki, “İnter”də bu üç ildə güclü futbol məktəbi yarada bildik. Komandanın nəticə qazanmamasının səbəbini isə baş məşqçilərdən soruşmaq lazımdır. Çünki nəticəyə görə, ilk növbədə, baş məşqçi cavabdehdir. “İnter”dən problemlə ayrılmamışam və bundan sonra da bu klubu özüm üçün doğma sayıb, ona azarkeşlik edəcəyəm. Futbol xəstəsi olan adam futboldan necə uzaqlaşa bilər? 12 ildir, futboldayam və bundan sonra da futbolda olacağam”.
Qeyd edək ki, A. Alıyev “İnter” hələ “Xəzər Universiteti” adlanan dövrdən klubda çalışıb. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR