Bank Of Baku

Gennadi Litovçenko Azərbaycan klublarından təklif gözləyir

Gennadi Litovçenko Azərbaycan klublarından təklif gözləyir
# 20 iyun 2007 16:26 (UTC +04:00)
“Bu yaxınlarda Avropa Tələbələr Futbol Federasiyasının Moldovada keçirilən toplantısında olarkən ukraynalı futbol mütəxəssisləri ilə azərbaycanlı məşqçilərin bu ölkədə işləməsi barədə müzakirələr apardım”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Avropa Tələbələr Futbol Federasiyasının (ATFF) vitse-prezidenti Orucəli Durmuşov deyib. Aldığı cavablardan xeyli təəccübləndiyini söyləyən O. Durmuşovun sözlərinə görə, ATTF-nin baş katibi Oleq Pervuşkin Azərbaycanda aşağı səviyyəli əcnəbi məşqçilər çalışdığı halda, yerli mütəxəssislərə yer verilməməsini başa düşmədiyini bildirib: “Pervuşkin mənə dedi ki, Ukraynadan olan əyyaşlar Azərbaycanda iddialı komandaların baş məşqçiləri işləyir, amma öz məşqçilərimizə iş tapa bilmirik”. O. Durmuşov, ötənlərin tanınmış futbolçusu olmuş Gennadi Litovçenkonun Azərbaycan klublarından təklif gözlədiyini də bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 ukraynalı baş məşqçi çalışır. Onlardan Valentin Xodukin “İnter”ə, İqor Nakoneçnı “MKT-Araz”a, Roman Pokora isə “Simurq”a rəhbərlik edir. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR