Bank Of Baku

“Neftçi”nin məşqçisi istefa verib

“Neftçi”nin məşqçisi istefa verib
# 20 iyun 2007 16:38 (UTC +04:00)
“Neftçi” klubunun məşqçisi Mirbağır İsayev istefa verib. 33 yaşlı məşqçi “APA-Sport” agentliyinə açıqlamasında bu addımının konkret səbəblərini göstərməyib: “Bu gün “Neftçi”nin baş məşqçisi Qurban Qurbanova getmək istəyimi bildirdim. Klubun vitse-prezidenti Ramin Musayevdən halallıq almaq problem olmayacaq. “Neftçi” ilə müqaviləmin müddəti başa çatmasa da, rəhbərliyinin gedişimə əngəl yaratmayacağını düşünürəm. Komandadan ayrılmağım hər hansı problemlə bağlı deyil. “Neftçi”də işlədiyim bir ildə heç nədən narazılığım olmayıb. Əksinə, “Neftçi” kimi klubda məşqçi işləməyim mənə böyük faydası dəyib. Komandanı başqa klubdan təklif aldığıma görə də tərk etmirəm. Sadəcə, getməyi məqsədə uyğun saydım”. M. İsayev iki həftə öncə “Neftçi”yə məşqçi təyin olunan Elbrus Məmmədovla da hər hansı probleminin olmadığını vurğulayıb: “Elbrus Məmmədov “Neftçi”yə məşqçi təyin olunanda ona uğurlar arzuladım”.
Qeyd edək ki, M.İsayev Vadim Boretslə bu gün Türkiyədən qayıtdıqdan sonra istefa verib. Ötən ilin iyununda Qurban Qurbanovun “Neftçi”yə baş məşqçi təyin edilməsindən sonra komandaya dəvət olunan və onun əsas köməkçisi işləyən M. İsayevin klubla hələ iki illik müqaviləsi var. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR