Bank Of Baku

Qadın futbolçuların Azərbaycan çempionatının son turunda qalmaqal baş verib

Qadın futbolçuların Azərbaycan çempionatının son turunda qalmaqal baş verib
# 20 iyun 2007 16:59 (UTC +04:00)
Qadın futbolçular arasında III Azərbaycan çempionatının son turunda qalmaqal baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün VI tur çərçivəsində keçirilən hər iki qarşılaşma yarımçıq dayandırılıb. Zabrat qəsəbə stadionunda oynanılan “Ruslan-93” “Səbuhi” görüşünün 76-cı dəqiqəsində futbolçular arasında dava düşüb. Qalmaqalın geniş miqyas aldığını görən matçın baş hakimi Babək Quliyev oyunun yarımçıq saxlanması barədə qərar verib. Görüş dayandırılanadək “Ruslan-93” 2:0 hesabı ilə öndə olub. “Neftçi”-“Vətən” qarşılaşması da başa çatmayıb. Bu matçlarda baş verənlərə yaxın günlərdə AFFA-nın Nizam-İntizam Komitəsi münasibət bildirəcək.
Qeyd edək ki, “Ruslan-93” komandası oyunda qələbə qazanacağı təqdirdə, çempion tituluna yiyələnəcəkdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR