Bank Of Baku

Vidadi Rzayev “Karvan”ın məşqçisi təyin edilib

Vidadi Rzayev “Karvan”ın məşqçisi təyin edilib
# 21 iyun 2007 07:12 (UTC +04:00)
Ötən mövsüm başa çatandan sonra “Olimpik” klubunun heyətində futbolçu karyerasını başa vuran Vidadi Rzayev məşqçiliyə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, V. Rzayev Yevlaxın “Karvan” klubunun məşqçisi təyin edilib. 40 yaşlı V. Rzayev “Karvan”ın çalışdırıcısı olan həmyaşıdı Təbriz Həsənovun köməkçisi olacaq. On gün öncə “Karvan”ın yeni baş məşqçisi təyin edilən T. Həsənovun digər köməkçisi də bəlli olub. Bu, Mahir Əliyevdir. 40 yaşlı M. Əliyevin V. Rzayevdən fərqli olaraq artıq məşqçilik təcrübəsi var. 2004-cü ildə Sumqayıtın “Gənclərbirliyi” klubunun heyətində futbolçu karyerasını başa vuran M.Əliyev 2004/05 mövsümündə bu komandada bir müddət baş məşqçi işləyib. “Karvan”ın yeni məşqçisinin son iş yeri “Neftçi” klubu olub. Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən “Neftçi-2” komandasını bir il çalışdıran M. Əliyev yaxınlarda vəzifəsindən gedib.
Qeyd edək ki, T. Həsənovla M. Əliyev futbolçu karyeraları dövründə Ağdamın “Qaraba𔝠klubunda bir yerdə çıxış ediblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR