Bank Of Baku

“MKT-Araz” klubu baxışa çağırdığı dörd legionerdən imtina edib

“MKT-Araz” klubu baxışa çağırdığı dörd legionerdən imtina edib
# 21 iyun 2007 09:44 (UTC +04:00)
UEFA kubokunda Azərbaycanı təmsil edəcək İmişlinin “MKT-Araz” klubu dörd legionerdən imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, “MKT-Araz” Qəbələdəki hazırlıq prosesində keçirdiyi ikitərəfli oyundan sonra baxışa çağırdığı dörd əcnəbi futbolçunu geri qaytarıb. Bunlar 27 yaşlı moldovalı hücumçu Yevgeni Boyçenko, 21 yaşlı ukraynalı hücuma meylli yarımmüdafiəçi İqor Şolin və 1980-ci il təvəllüdlü gürcüstanlı legionerlər hücuma meylli yarımmüdafiəçi Levon Korqalidze ilə hücumçu Akaki Mikuçadzedir. “MKT-Araz”ın ukraynalı baş məşqçisi İqor Nakoneçnı bu futbolçuların səviyyəsindən razı qalmadığından, onların xidmətinə ehtiyac duymayıb. Bununla da, “MKT-Araz”da baxışda olan legionerlərin sayı 6-ya enib. İ. Nakoneçnı moldovalılar Andrey Matsura ilə Yevgeni Sofron, ukraynalılar Vladimir Posolatyevlə Sergey Seryoqin, türkiyəli Mehmet Akçan və bosniyalı Alen Başiçi iyunun 23-də keçirəcəyi iki tərəfli oyunda bir daha sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR