Bank Of Baku

Qadın futbolçular arasında baş vermiş insidentlə bağlı AFFA-nın Nizam-İntizam Komitəsi sabah qərar çıxaracaq

Qadın futbolçular arasında baş vermiş insidentlə bağlı AFFA-nın Nizam-İntizam Komitəsi sabah qərar çıxaracaq
# 21 iyun 2007 09:46 (UTC +04:00)
Qadın futbolçular arasında Azərbaycan çempionatının son turunda baş verənlərlə bağlı AFFA-nın Nizam-İntizam Komitəsi sabah qərar verəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyevin sözlərinə görə, hakim və inspektorların təqdimatları bu gün Nizam-İntizam Komitəsinə veriləcək. Federasiya prezidenti bildirib ki, çempionatın VI turunun matçları müxtəlif səbəblərdən yarımçıq dayandırılıb: ““Ruslan-93”-“Səbuhi” görüşündə futbolçular arasında dava düşüb. Nəticədə “Səbuhi” komandası oyunu davam etdirməkdən boyun qaçırıb. “Vətən” klubu isə “Neftçi” ilə qarşılaşmanın ikinci hissəsində meydana çıxmaqdan imtina edib”. A. Xudiyev rəhbərlik etdiyi qurumun “Ruslan-93” komandasını çempion etməyə çalışdığı barədə yayılan söz-söhbətləri rədd edib: “Bunlar şayiədir. Federasiya rəhbərliyi hansısa komandanı çempion etmək marağında deyil. Fikrimcə, təxminən iki ay davam edən yarış tam obyektiv keçib”.
Qeyd edək ki, VI turda qızıl medallar uğrunda əsas mübarizə eyni xalları olan “Ruslan-93”-lə “Neftçi” arasında gedib. Topların daha yaxşı fərqinə görə yarış cədvəlinin ilk pilləsində qərarlaşan “Ruslan-93” son turda qələbə qazanacağı təqdirdə, çempion tituluna yiyələnəcəkdi. VI turun matçları yarımçıq qalan anda “Ruslan-93” 2:0, “Neftçi” isə 11:0 hesabı ilə öndə olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR