Bank Of Baku

Azərbaycan Çimərlik Futbolu Federasiyası meydança tikməyə hazırlaşır

Azərbaycan Çimərlik Futbolu Federasiyası meydança tikməyə hazırlaşır
# 21 iyun 2007 09:49 (UTC +04:00)
Azərbaycan Çimərlik Futbolu Federasiyası meydança tikməyə hazırlaşır. AÇFF prezidenti Vidadi Əhmədov “APA-Sport” agentliyinə açıqlamasında bunun üçün artıq ərazinin tapıldığını da deyib. Onun sözlərinə görə, “Min bir gecə” istirahət mərkəzinin rəhbərliyi çimərlik futbolu üçün meydança hazırlanmasına ərazi ayırmağa razılıq verib: “Biz “Min bir gecə”nin rəhbərliyinə niyyətimizi çatdıranda, etiraz etmədilər. Hazırda meydança üçün lazım olan 26x36 metrlik ərazini hasarlamaq və ətrafını betonlamaq üçün vəsait axtarırıq. Bu məsələ həllini tapsa, iyulun sonlarınadək çimərlik futbolu üzrə ilk milli çempionatı keçirməyə müvəffəq olacağıq. Amma çətin ki, meydançanın kənarlarında tribuna qurmaq mümkün olsun. Çünki həmin ərazi məhduddur”. V. Əhmədov həmçinin, bildirib ki, artıq 6-dək komanda çempionatda iştirak etməyə razılıq verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR