Bank Of Baku

Sorğu: ““Bakı” İntertoto kubokunda ikinci mərhələyə adlayacaq”

Sorğu: ““Bakı” İntertoto kubokunda ikinci mərhələyə adlayacaq”
# 21 iyun 2007 10:57 (UTC +04:00)
Avropa klubları arasında ən aşağı səviyyəli yarış hesab olunan İntertoto kubokunda Azərbaycanı təmsil edəcək “Bakı” birinci mərhələ səddini adlayacaq. “APA-Sport” agentliyinin İnternet saytında keçirilən sorğunun nəticəsi belə olub. Üç həftə ərzində 1677 nəfər saytımızı ziyarət edərək “Azərbaycanı İntertoto kubokunda təmsil edəcək “Bakı” hansı nəticəni göstərəcək” sualını cavablandırıblar. Respondentlərin 587 nəfəri (35%) Böyükağa Hacıyevin yetirmələrinin ikinci mərhələyə adlayacağını, 521 nəfəri (31,1%) isə “Daçiya” komandasına uduzaraq mübarizəni ilkin mərhələdə dayandıracağını bildirib. Sorğuya qatılanların 100-ü (6%) “Bakı”nın üçüncü mərhələyədək irəliləyəcəyinə inanır. Respondentlərin 469 nəfəri (28%) hətta komandamızın üçüncü mərhələni də adlayaraq, UEFA kubokuna vəsiqə əldə edəcəyi fikrindədir.
Qeyd edək ki, “Bakı” İntertoto kubokunun birinci mərhələsinin ilk oyununu iyunun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda “Daçiya” klubuna qarşı keçirəcək. Növbəti mərhələyə yüksələn komandanın adı bir həftədən sonra Moldovada baş tutacaq cavab matçında müəyyənləşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR