Bank Of Baku

Azərbaycan futbolçusu dünyanın ən məhsuldar 30 hücumçusunun siyahısına daxil edilib

Azərbaycan futbolçusu dünyanın ən məhsuldar 30 hücumçusunun siyahısına daxil edilib
# 21 iyun 2007 11:56 (UTC +04:00)
Bu ilin mayın 23-də başa çatan XV Azərbaycan çempionatının bombardiri olan “Xəzər-Lənkəran” klubunun 31 yaşlı hücumçusu Zaur Ramazanov dünyanın ən məhsuldar futbolçuları arasında yer alıb. “APA-Sport” agentliyinin məlumatına görə, Z. Ramazanovun adı Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) tərtib etdiyi siyahıya daxil edilib. Siyahıya çıxış etdikləri çempionatlarda ən azı 20 qol vuran futbolçular düşüb. Ötən çempionat vurduğu 21 qolla bombardirlər yarışında birinci olan Z. Ramazanov İFFHS-in 30 nəfərlik siyahısında 24-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Avropanın ən məhsuldar futbolçusu üçün təsis edilən “Qızıl buts” mükafatından fərqli olaraq, İFFHS-in ən sərrast futbolçularla bağlı tərtib etdiyi siyahıda çempionatlarla bağlı reytinq xalları nəzərə alınmır. Belə olan halda İtaliya çempionatında vurduğu 26 qolla “Qızıl buts” mükafatının sonuncu qalibi olan “Roma” klubunu 31 yaşlı hücumçusu Françesko Totti İFFHS-in siyahısında 5-ci pillədə yer alıb. Siyahıya isə Hollandiya çempionatında vurduğu 34 qolla “Herenven” klubunun hücumçusu Alfonso Alfes başçılıq edir. Z. Ramazanovun İFFHS-in siyahısında qabaqladığı altı futbolçu arasında hesabında 20 qolu olan İngiltərənin “Çelsi” klubunun hücumçu Didye Droqba ilə İtaliyanın “Livorno” klubunun hücumçusu Kristiano Lukarelli də var. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR