Bank Of Baku

Azərbaycanlı hakimlər viza problemi ilə üzləşdiklərindən İntertoto kubokunun oyununu idarə edə bilməyəcəklər

Azərbaycanlı hakimlər viza problemi ilə üzləşdiklərindən İntertoto kubokunun oyununu idarə edə bilməyəcəklər
# 21 iyun 2007 13:10 (UTC +04:00)
Azərbaycanlı hakimlər iyunun 24-də UEFA İntertoto kubokunun ilk mərhələsi çərçivəsində keçiriləcək “Birkirkara” (Malta) “Maribor” (Sloveniya) matçını idarə edə bilməyəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, buna viza məsələləri ilə bağlı yaranmış problem səbəb olub. Fariz Yusifov, Elman Musayev və Roman Vasilyevdən ibarət briqada UEFA tərəfindən göndərilən marşruta əsasən, Maltaya getmək üçün Avstriyadan keçməliymiş. Hakimlərin Avstriya ərazisinə daxil olmaları üçün isə bu ölkənin Türkiyədə fəaliyyət göstərən səfirliyindən tranzit vizası almaq zərurəti yaranıb. Lakin hakimlərimiz vaxt məhdudiyyəti ilə əlaqədar prosedur qaydalara əməl etmədiklərindən Maltaya səfər ləğv olunub. “Birkirkara” (Malta) “Maribor” (Sloveniya) görüşünün UEFA nümayəndəsi İvan Kornu səfər marşrutunun ortaya çıxardığı problemlərə görə üzrxahlıq edib. Artıq bu matçın hakimləri dəyişdirilib. UEFA nümayəndəsi tezliklə F.Yusifovun briqadasına yeni təyinat göndəriləcəyini vəd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR