Bank Of Baku

“Gömrükçü” qadın futbol klubu fəaliyyətini başqa ad altında bərpa edəcək

“Gömrükçü” qadın futbol klubu fəaliyyətini başqa ad altında bərpa edəcək
# 21 iyun 2007 14:41 (UTC +04:00)
Futbol üzrə qadınlar arasında cari Azərbaycan çempionatına qatılmayan “Gömrükçü” klubu fəaliyyətini başqa ad altında bərpa edəcək. Bu haqda “APA-Sport” agentliyinə klubun prezidenti Xəzər İsayev məlumat verib. X. İsayev hazırda adını açıqlamaq istəmədiyi təşkilatla sponsorluqla bağlı danışıqların getdiyini bildirib: “Biz istəməzdik ki, ikiqat ölkə çempionu olan və UEFA kubokunda ¼ finaladək irəliləyən klubumuzu itirək”. Klub prezidenti, həmçinin, danışıqların uğurla nəticələnəcəyi təqdirdə, yeni komandanın “Gömrükçü”nün varisi olduğu barədə aidiyyəti futbol qurumlarını xəbərdar edəcəklərini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR